25 C
Baku
Saturday, July 27, 2024

“Gilan Holding”in adı dəyişdi – Bundan sonra bu adda olacaq

Azərbaycanda iri holdinqlərdən biri olmuş “Gilan Holding” MMC adını dəyişdirib.

Banker.az xəbər verir ki, “Gilan Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1400725191) 2023-cü ilin ikinci rübündən etibarən “Xəzri Solutions” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılacaq.

Holdinq 2005-ci ildə təsis edilib. Şirkətin nizamnamə kapitalı 2022-ci ilə qədər 98 483 064 manat olsa da, sonradan kəskin azaldılmaqla 100 manata endirilib.

Həmçinin ona məxsus bir neçə şirkət adını dəyişməklə “ABA” brendi altında fəaliyətlərinə davam ediblər.

Yarandığı gündən ona rəhbərlik edən Cəmil Muradov Tahir oğlu 2022-ci ilin sentyabrından şirkətin rəhbəri vəzifəsindən azad edilib və onun yerinə Mübariz Hüseynov Əhmədağa oğlu təyin edilib.

Fəaliyyətdə olduğu müddət ərzində “Gilan Holdinq”in maliyyə, daşınmaz əmlak, turizm, qida sənayesi, inşaat və aqrar sahələrdə müxtəlif adda şirkətləri olub.

Holdinqin adını daşıyacaq şirkətə hazırda Mübariz Hüseynov rəhbərlik edir. Şirkətin hüquqi ünvanı dəyişməz qalaraq Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov pr., ev 206, məh.466, yəni “Capital Towers”dir.

Şirkətin adı dəyişdirildikdən sonra 6 şirkət “Xəzri Solutions” MMC-yə qoşulub və bunun nəticəsində yenidən təşkil olunduğunu elan edib:

“Opsion” MMC

“Divident” MMC

“Reform Ko” MMC

“Alqoritm.Az” MMC

“Veksel” MMC

“Dempinq.Az” MMC

Son xəbərlər
Digər xəbərlər