“Gilan Qəbələ Konserv Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) “Azərişıq” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.
Banker.az xəbər verir ki, iddiaya səbəb maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələrdir.
“Gilan Qəbələ Konserv Zavodu” Şəki Apellyasiya Məhkəməsinə müraciət edib. İddia hakim Elçin Hüseynovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, “Gilan Qəbələ Konserv Zavodu” 21 iyun 2007-ci ildə yaradılıb. Gilan Qəbələ Konserv Zavodunun istehsal etdiyi əsas məhsullar “Jalə”, “Bağdan”, “Zolotoy Sad”, “Aycan” brendləri altında satılır. Həmin məhsullar təkcə daxili bazarda yox, həm də ABŞ, Yunanıstan, Almaniya, Rusiya, Ukrayna, Belarus, Estoniya, Latviya və Gürcüstan da daxil olmaqla, müxtəlif ölkələrə ixrac olunur.