7 C
Baku
Sunday, December 15, 2024

“Gilan Holding”in Qəbələdəki zavodu məhkəməyə verilib

“Gilan Holding” MMC-nin tərəmə müəssisəsi məhkəməyə verilib.

Banker.az xəbər verir ki, ölkədə qida istehsalçılarını qablaşdırma ilə təmin edən 21 yaşlı “AZ-PACK” MMC, “Gilan Qəbələ Konserv Zavodu” MMC barəsində Şəki Kommersiya Məhkəməsinə müraciət edib.

Mübahisənin səbəbi iki şirkət arasında olan alqı-satqı müqaviləsi ilə bağlıdır.

Gilan Qəbələ Konserv Zavodu 2007-ci ildə yaradılıb və 377 340 manat nizamnamə kapitalına sahibdir. Zavod “Jalə”, “Bağdan”, “Zolotoy Sad”, “Aycan” brendləri altında məhsullar istehsal edir.

“AZ-PACK” 2000-ci ildə yaradılıb və 1363 manat nizamnamə kapitalına sahibdir. Şirkətləri qablaşdırma ilə təmin edir.

 

Son xəbərlər
Digər xəbərlər