15 C
Baku
Sunday, November 24, 2024

“Gilan Holding”in Qəbələdəki zavodu “Azəriqaz”ı məhkəməyə verib

“Gilan Qəbələ Konserv Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti “Azəriqaz” İstehsalat Birliyi ilə bağlı məhkəməyə müraciət edib.

Banker.az xəbər verir ki, “Gilan Qəbələ Konserv Zavodu” Şəki Kommersiya Məhkəməsinə müraciət edib.

Şirkətin müraciətindəki işin mahiyyəti Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələrdir.

Qeyd edək ki, “Gilan Qəbələ Konserv Zavodu” 21 iyun 2007-ci ildə yaradılıb. Gilan Qəbələ Konserv Zavodunun istehsal etdiyi əsas məhsullar “Jalə”, “Bağdan”, “Zolotoy Sad”, “Aycan” brendləri altında satılır. Həmin məhsullar təkcə daxili bazarda yox, həm də ABŞ, Yunanıstan, Almaniya, Rusiya, Ukrayna, Belarus, Estoniya, Latviya və Gürcüstan da daxil olmaqla, müxtəlif ölkələrə ixrac olunur.

Son xəbərlər
Digər xəbərlər