18 C
Baku
Wednesday, May 29, 2024

“Gilan Holding”in zavudunun kapitalı kəskin böyüdüldü – 40.3 milyon manata çatdırıldı

“Gilan Holding” MMC-nin tikinti sektoru portfelində olan şirkətin nizamnamə kapitalı kəskin artırılıb.

Bu barədə Banker.az-a daxil olan məlumatda bildirilir.

Məlumata görə, Gilan Seramik Zavodu, yaxud hüquqi adı ilə “Gilan Seramik” MMC-nin nizamnamə kapitalı 3 556 020 manatdan 40 335 259 manata  çatdırılıb.

Bu da zavodun nizamnamə kapitalının 36 779 239 manat, yaxud 11.3 dəfə artırılması deməkdir.

Şirkət holdinqə daxildir və rəsmi səhifəsində belə qeyd edilir.

“Gilan Seramik” MMC 2006-cı ildə təsis edilsə də, Zavod özü 2009-cu ildə inşa edilib. Zavodun yaradılmasına 40.2 milyon manat investisiya yatırılıb və o, İtaliyanın “Sacmi“ şirkətinin müasir innovativ avadanlıqları ilə təchiz edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər