Ləğv edilən Maliyyə Bazarlarına Nəzarət Palatası “Gilan Holding” MMC barəsində cari ilin noyabrında 5 inzibati-cərimə protokolu (Holdinq tərəfindən apelyasiyaya verilən şikayətlər əsasında) tərtib edibmiş.
Banker.az xəbər verir ki, 2019-cu ilin noyabr ayı ərzində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsində qərarlar verilib.
Məlum olan 5 məhkəmə qərarına əsasən, Bakı Apelyasiya Məhkəməsində holdinqin apelyasiya şikayəti təmin edilməzsə 1,56 mln. ABŞ dolları həcmində cərimə ödəməli olacaq. Hazırkı Azərbaycan milli valyutası (USD/AZN: 1,7000) ilə ifadədə bu 2,64 mln. manat olması deməkdir.
Adıçəkilən qərarlara hazırda Bakı Apelyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki, İXM-nin 430-cu maddəsi valyuta tənzimi qaydalarının pozulmasına aid edilir. 4-cü bənd isə Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
2019-cu ilin noyabr ayı ərzində |
ABŞ dolları |
632,210 |
|
896,629 |
|
14,916 |
|
9,150 |
|
1,702 |
|
CƏMİ |
1,554,606 |