6 C
Baku
Sunday, December 15, 2024

“Gilan Holdinq” kiçilərkən bu şirkət böyüyür – Eyni ünvandadırlar

“Gilan Holdinq” MMC-nin nizamnamə kapitalı kəskin kiçildiyi bir vaxta ilə yaxın ünvanda yaradılmış iri şirkətin nizamnamə kapitalı kəskin artırılıb.

Banker.az xəbər verir ki, nizamnamə kapitalı artırılan 2021-ci ilin iyununda yaradılmış “G Capital” MMC-dir. Şirkətin nizamnamə kapitalı 19 781 100 manatdan 105 396 100 manata qədər artırılıb. Bu da 85 615 000 manat, yaxud 5.3 dəfə artım deməkdir.

Ötən gün Banker.az tərəfindən açıqlandı ki holdinqin nizamnamə kapitalı indiyə qədər 98 483 064 manat olduğu halda, hazırda 100 manata qədər azaldıb.

Qeyd edək ki, 2021-ci ildə “Gilan” brendi ilə fəaliyyət göstərən 8 şirkət adını başqa ada dəyişməli olub.

“G Capital” MMC yaradılarkən, onunla eyni ünvanda qeydiyyata alınan və eyni şəxsin qanuni təmsilçisi olduğu beş şirkət yaradılıb. Bura, “G CO 1”, “G CO 2”, “G CO 3”, “G CO 4” və “G CO 5” Məhdud Məsuliyyətli Cəmiyyəti daxildir. Onların qanuni təmsilçisi də eyni şəxsdir – Toğrul Ülvi oğlu Hacıyev.

Nizamnamə kapitalına gəlincə isə birinci və üçüncü şirkətlərə müvafiq olaraq 19 780 600 manat və 85 613 877 manat, digər 3 şirkətin hər birinə isə 100 manat pul qoyulub.

Yeni şirkətlərin hamısı “Gilan Holdinq” MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 206 ünvanında (“Capital Tower” iş mərkəzi) qeydiyyatdan keçib.

Son xəbərlər
Digər xəbərlər