Azərbaycanın ən böyük biznes qruplarından olan «Gilan Holdinq»in tərkibində fəaliyyət göstərən «Gilan» lift zavodu fəaliyyətini dayandırıb.
Banker.az Fed.az-a istinadən xəbər verir ki, bu barədə Holdinqdən bildirilib.
Qeyd edək ki, «Gilan Lift» MM-ci 1999-cu ildən lift sahəsində fəaliyyət göstərir və Azərbaycanda Rusiyanın “Şerbinka lift zavodu” ASC-nin məhsullarını satırdı. 2007-ci ildən isə müəssisə ölkə daxilində lift istehsalına başladığını elan etmişdi. Bununla bağlı müvayiq standartlar alınmış və ildə 100-120 liftin buraxılması elan edilmişdi.
Amma bir müddət fəaliyyət göstərdikdən sonra müəssisədə lift istehsalı yenə dayanıb və hazırda şirkət yalnız liftlərin alqı-satqısı ilə məşğuldur.