11 C
Baku
Monday, November 18, 2024

Gilan Seramik Zavodunun nizamnamə kapitalı 3.5 mln. manat azaldılıb

“Gilan Seramik” MMC-nin nizamnamə kapitalı azaldılıb.

Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalının həcmi 3.46 mln. manat və ya 7.7% azaldılaraq 41.71 mln. manata endirilib.

Sonuncu dəfə 2023-cü ilin yanvarında şirkətin kapitalı 12% artırılmaqla 45.1 mln. manat olmuşdur.

Xatlrladaq ki, “Gilan Seramik” MMC 2006-cı ildə təsis edilsə də, Zavod özü 2009-cu ildə inşa edilib. Zavodun yaradılmasına 40.2 milyon manat investisiya yatırılıb və o, İtaliyanın “Sacmi“ şirkətinin müasir innovativ avadanlıqları ilə təchiz edilib.

 

Son xəbərlər
Digər xəbərlər