17 C
Baku
Cümə, May 20, 2022

“Gilan”ın daha bir şirkəti satın alındı

“Gilan Holding” MMC-nin törəmə şirkətlərindən daha biri satın alınıb.

Bu barədə Banker.az-a daxil olan məlumatda deyilir.

Məlumata görə, “Gilan Qəbələ Beton Zavodu” MMC-nin ardından, “Gilan Beton” MMC də tikinti materialları istehsalçısı olan “Sparkın” MMC-nin strukturuna daxil edilib.

Qeyd edək ki, 9 gün öncə saytımızda “Spark”ın holdinqin Qəbələdəki beton zavodunun satın alınması ilə bağlı məlumat dərc edilmişdi. “Spark” “Gilan Qəbələ Beton Zavodu” MMC satın almışdı.

“Gilan Beton” MMC 2015-ci ildə yaradılmışdı. 2021-ci ilin oktyabrında şirkətin nizamnamə kapitalı 4000 manatdan 400 100 manata qaldırılmışdı.

Yeni adda çıxış edəcək

Beləliklə, “Gilan Beton” MMC (VÖEN: 1303966201) bundan sonra rebrendinq edərək “Spark Beton” MMC adı ilə fəaliyyətini davam etdirəcək. Yeni satınalmadan sonra şirkətin hüquqi – Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov Pr., ev 206, məh. 466 ( yaxud “Capital Towers”) ünvanı, Nərimanov rayonu, Köndələn eninə 10-cu ünvanı ilə dəyişdirilib. Yeni ünvan isə ana şirkət sayılan “Spark” MMC-nin hüquqi ünvanıdır. Lakin “Spark Beton” MMC-nin əvvəlki rəhbəri dəyişməyib. Şirkətə Kərim Səlimov Zakir oğlu direktorluq edəcək.

Xatırladaq ki, “Gilan Holding”in nizamnamə kapitalı yanvarda olan məlumata görə 98 483 064 manatdan 100 manata endirilmişdi. 2021-ci ildə bir neçə şirkətin adındakı “Gilan” brendi götürülmüş, “ABA” kimi qeydiyyata alınmışdır.

9 şirkət “Gilan” adından çıxıb

2021-ci ildə “Gilan” brendi ilə fəaliyyət göstərən 9 şirkət adını başqa ada dəyişməli olub. Ötən il sentyabrın sonu  “Gilan Agricultural Internatıonal” MMC adını  “ABA Aİ” MMC-yə, “Gilan Hospitality-Bakı” MMC adını “ABA HB” MMC-yə və “GİLAN LOGİSTİCS GROUP” MMC isə adını “ABA Logistics Group” MMC-yə dəyişmişdilər.

Sentyabrın əvvəlindən isə “Gilan Cotton and Grain” MMC “ABA CG” MMC adı ilə, “Gilan Trading” MMC  şirkəti “ABA Trading-123” MMC və “Gilan Vineyards” MMC isə “ABA VY” MMC ilə bazarda çıxış edirlər.

“ABA”lar isə Bakı Şəhəri Xətai Rayonu, Babək pr., ev 8, məh. 1130/1133, m. 70 hüquqi ünvanında qeydiyyatdadırlar.

Şirkətlərin qanuni təmsilçisi isə Günel Qafarova Vilayət qızıdır.

2021-ci ilin əvvəlində “Gilan Constraction” MMC adını dəyişməklə “Core Constraction” MMC-yə və may ayında Gilan Dəri Zavodu (“Gilan Dəri” MMC) rebrendinq edərək “A.C.E Dəri” MMC-yə çevrilmişdilər.

Son xəbərlər
Oxşar xəbərlər