20 C
Baku
Wednesday, October 9, 2024

Gilas və albalı ixracından 45 milyon dollar gəlir əldə edilib

2023-cü ilin yanvar-sentyabr aylarında ixrac olunan əsas qeyri-neft mallarının siyahısında albalı və gilas ixracı da yer tutur.

Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2023-cü ilin oktyabr sayında qeyd edilib.

Bu ilin 9 ayında Azərbaycan xaricə 44.6 milyon ABŞ dolları dəyərində albalı və gilas ixrac edilib. Ötən ilin müvafiq dövründə isə ixrac edilən albalı və gilasın dəyəri 41.6 milyon ABŞ dolları idi.

Belə ki, illik müqayisədə Azərbaycanın albalı və gilas ixracı 7.2% artıb.

Son xəbərlər
Digər xəbərlər