13 C
Baku
Sunday, September 29, 2024

“Girov qoy, kredit götür” deyən şirkət səhmlər buraxır

7 yaşlı “GL” Açıq Səhmdar Cəmiyyəti birjaya hər biri 25 manat olan 2005 adi səhm buraxacaq.

Bunu Banker.az şirkətin emissiya prospektinə istinad edir.

Beləliklə, dövriyyəyə 50 125 manatlıq səhm buraxacaq.

“GL” ASC daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlərin verilməsini həyata keçirən və daşınar əşyaları saxlamaya qəbul edən şirkətdir. Təşkilat təminatlı kredit bazarında rəqabət aparır.

Şirkətin sahibi 204 510 manat nizamnamə kapitalında 100 faiz payı olan Quliyev Fərman Eldar oğludur.

Səhmdarların ümumi yığıncağında səsvermə “bir səsli səhm — bir səsdir” prinsipi əsasında həyata keçirilir. Cəmiyyətin ali idarəetmə orqanı onun İştirakçılarının Ümumi Yığıncağıdır. Ümumi Yığıncaq Emitentin fəaliyyəti ilə bağlı istənilən məsələni müzakirə edə bilər. Ümumi yığıncaq növbəti və növbədənkənar ola bilər. Ümumi Yığıncaq nizamnamə 5 kapitalında ən azı 60 % paya malik olan səhmdarlar iştirak etdikdə səlahiyyətli sayılır.

Şirkətin audit edilmiş hesabatlarında mənfəətli biznes olduğu müşahidə edilir. 2020-ci ildə 1 797 261 manat, 2021-ci ildə 3 541 975  və 2022-ci ildə 3 430 655 xalis mənfəət əldə edib.

Son xəbərlər
Digər xəbərlər