®Azərbaycanın aparıcı korporativ bankı “PAŞA Bank” endirim həftəsi çərçivəsində kiçik və orta biznes sahiblərinə 250 000 AZN-dək onlayn biznes kreditlərinə edilmiş endirimlərdən yararlanmağı təklif edir.

30 noyabr 2021-ci il tarixinədək davam edəcək endirim həftəsində onlayn biznes kreditlərinə müraciət edən sahibkarlar üçün birdəfəlik komissiya xərclərinə 25% endirim tətbiq olunacaq.

Endirimdən mövcud müştərilər, eyni zamanda bankda hesabı olmayan kiçik və orta sahibkarlar faydalana bilərlər. Bundan əlavə “PAŞA Bank” müştərisi olmayan biznes sahiblərinin kredit üzrə qərar əldə etmək üçün hesab açmasına ehtiyac yoxdur.

Qeyd edək ki, biznes kreditini banka gəlmədən, onlayn müraciət edərək girovsuz və növbə gözləmədən əldə etmək mümkündür. Kredit üzrə qərar hesab açmadan və qəliz maliyyə hesabatları tələb olunmadan cəmi 1 iş günü ərzində bildirilir. Kredit, müştəri bankın təklifini qəbul etdiyi gün müştərinin hesabına köçürülür. Endirim ticarət krediti və SIF kreditləri istisna olmaqla bütün kredit və kredit xətti növlərinə aiddir.

Biznes kreditləri haqda ətraflı məlumat əldə etmək və müraciət üçün: https://bit.ly/3xcPnPv