9 C
Baku
Friday, December 13, 2024

“GL LTD”də daha bir təyinat

“GL LTD”nin Yataqların işlənməsi üzrə direktoru Kənan Əliyev 7 yanvar 2024-cü il tarixindən etibarən Yataqların idarə edilməsi üzrə direktor vəzifəsinə təyin ediləcək.

Banker.az-a bu barədə məlumat şirkətdən daxil olub.

K.Əliyev vəzifəsində GL şirkətinin Əməliyyatlar üzrə vitse-prezidentinin tabeliyində fəaliyyət göstərməyə davam edəcəkdir.

K.Əliyev 2020-ci ilin aprelində GL şirkətinin komandasına qoşulub.

Xatırladaq ki, “GL LTD” MMC 2019-cu ilin aprelində yaradılıb və “GL International LTD”nin törəmə şirkətidir. 2021-ci il dekabrın 14-də Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar SOCAR ilə “GL International LTD” MMC (“GL LTD”) arasında Risk Xidmət Sazişi bağlanmışdır.

Son xəbərlər
Digər xəbərlər