7 C
Baku
Thursday, January 16, 2025

Glensol ilk korporativ istiqrazlarını təqdim edir

®Bakı, Azərbaycan – Nobel Energy-nin törəmə şirkəti olan Global Energy Solutions (Glensol) ilk korporativ istiqrazların buraxılış prosesinə rəsmi olaraq başlayıb və bu, Azərbaycanın kapital bazarına daxil olması baxımından şirkət üçün mühüm addımdır. Bu, Glensol şirkətinin inkişaf planlarını və Azərbaycanın maliyyə sektorunun potensialını göstərir.

İstiqrazların ümumi məbləği 10 milyon AZN təşkil edir və rüblük qaydada faiz ödənilməklə, 12% cəlbedici kupon dərəcəsi təklif edilir. Buraxılış, hər biri 5 milyon AZN olaraq 2 tranşla həyata keçiriləcək, birincisi yanvarın 21-dən başlayaraq 2 həftə davam edəcək. Bu təşəbbüs investorları cəlb etmək və Glensol şirkətinin neft-mədən əməliyyatlarını və avadanlıqlar üzrə texniki xidmət fəaliyyətlərini dəstəkləmək məqsədi daşıyır.

Glensol güclü müştəri bazasına malikdir və bu BP və SOCAR kimi böyük milli və beynəlxalq enerji şirkətlərini də əhatə edir. Bu da müxtəlif strateji enerji layihələrindən sabit maliyyələşmənin əldə edilməsini və davamlı nəğd pul vəsaitlərinin hərəkətinin təminatına dəstək olur. Şirkət həm ənənəvi, həm də dayanıqlı enerji layihələrini dəstəkləmək üçün öz imkanlarından və sınaqdan keçmiş bacarıqlarından istifadə etməklə enerji keçidinə sadiq qalır. 

Bu buraxılışdan əldə edilən vəsait enerji sektorunda innovasiya məqsədinə xidmət edən inkişaf fəaliyyətləri də daxil olmaqla, dayanıqlı layihələr üçün istifadə ediləcək. İllik dövriyyəsi 6 milyard AZN təşkil edən Azərbaycanın kapital bazarlarının davamlı olaraq genişləndiyi bir vaxtda Glensol istiqrazlarının buraxılışı məqsədəuyğundur və bununla şirkət NEQSOL Holdingin enerji seqmenti olan Nobel Energy Group daxilində öz mövqeyini də möhkəmləndirir. 

İnvestorlar Glensol şirkətinin güclü təcrübəsinə, eləcə də insanlara və texnologiyaya ağıllı sərmayələr qoyulmaqla, uzunmüddətli strateji inkişaf və dayanıqlılıq öhdəliyinə əsasən, bu sabit və gəlirli investisiya imkanını araşdırmağa təşviq edilirlər. İnvestisiya bazarı aktivdir, bazarda yerləşdirilən qiymətli kağızların ümumi dəyəri 535 milyon manata çatır və bu, Glensol şirkətinin təkliflərinin cəlbediciliyini daha da artırır.

İstiqraz və ya investisiya imkanları haqqında ətraflı məlumat əldə etmək üçün PAŞA Kapital şirkətinə [email protected] elektron poçt ünvanı və ya +994 99 830 02 32 telefon nömrəsi ilə müraciət etmək olar.

Glensol haqqında

2012-ci ildə Nobel Energy-nin mədən əməliyyatları və avadanlıqlara texniki xidmət üzrə törəmə şirkəti kimi yaradılmış Glensol regionda və bütün dünyada yerli və beynəlxalq neft və qaz şirkətləri üçün fırlanan avadanlıqların, o cümlədən turbomexanizm xidmətlərinin, eləcə də nəzarət, istismar və texniki servis xidmətlərinin etibarlı təchizatçısı olmuşdur. 

Ətraflı məlumat: www.nobelenergy.com

PAŞA Kapital haqqında

PAŞA Kapital bazarda nail olduğu sağlam mövqeyi ilə tanınan və “Ən yaxşı İnvestisiya Şirkəti” və “Ən Yaxşı Broker Firması” kimi bilinən Azərbaycanın aparıcı investisiya şirkətidir. 

Son xəbərlər
Digər xəbərlər