16 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Global Energy Solutions” MMC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə Qəbula İcazə” qərarı verilmişdir.
Banker.az xəbər verir ki, qeyd olunan qiymətli kağızların abunə yazılışı 21.01.2025 ci ildə başlayaraq 14 gün davam edəcək və fevralın 3-ündə yekunlaşacaq.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | “Global Energy Solutions” MMC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2001025884 |
| İstiqraqzların növü və forması | Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
| Ticarət üsulu/forması | Kütləvi / Abunə yazılışı |
| İstiqrazların sayı | 50,000 (ədəd) |
| İlkin ticarət qiyməti | 100 manat |
| Buraxılış həcmi | 5,000,000 manat |
| İllik gəlirlilik faizi | 12% |
| Ödəmə periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər 3 (üç) aydan bir (ayda günlərin sayı 30 (otuz) götürməklə) |
| Tədavül müddəti | 2 il |
| Ticarətə buraxılma tarixi | Emitent tərəfindən bildiriləcək |
| Anderrayter | “PAŞA Kapital İ.Ş.” QSC |







