“Global Energy Solutions” MMC şirkəti 2025-ci ilin ilk 6 ayını (yanvar-iyun) 9 milyon 569 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2024-cü ilin eyni dövrünü 3 milyon 790 min manat xalis mənfəət ilə bağlayıb ki, bu da illik müqayisədə mənfəətin 2.5 dəfə artması deməkdir.
Banker.az bu barədə şirkətin konsolidasiya edilmiş maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Global Energy Solutions” şirkətinin cəmi gəlirləri 43 milyon 424 min manat və ya 79% artaraq 98 milyon 380 min manat təşkil edib.
30 İyun 2025-ci il tarixində “Global Energy Solutions” MMC 234 milyon 206 min manat cəmi aktivlərə malik olub. Şirkət 30 İyun 2024-cü il tarixində 200 milyon 316 min manat cəmi aktivlərə malik idi.
Xatırladaq ki, “Global Energy Solutions” MMC 2012-ci ildən etibarən neft, qaz, enerji və su sənayelərində sahə işləri və avadanlıqların təmiri sferasında xidmət göstərir.