10 C
Baku
Thursday, December 26, 2024

“Global Energy Solutions” şirkətinin yarım ildə mənfəəti azalıb

“Global Energy Solutions” MMC 2024-cü ilin 1-ci yarımilliyini 3 milyon 790 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə MMC-nin mənfəəti 4 milyon 255 min manat olub ki, bu da illik müqayisədə 11% azalmadır.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Bu ilin 6 ayında “Global Energy Solutions” MMC-nin ümumi gəlirləri 51% artaraq 54 milyon 956 min manat olub.

Şirkətin əməkhaqqı xərcləri 11 milyon 072 manat, inzibati xərcləri 4 milyon 118 manat, əməliyyat xərcləri 8 milyon 413 manat təşkil edib. Hesabat dövrünün sonuna cəmi aktivləri 200 milyon 316 manat, cəmi öhdəlikləri 136 milyon 718 manat, cəmi kapitalı 63 milyon 598 manat olub.

Qeyd edək ki, Global Energy Solutions MMC-nin 90% payı Nobel Energy Limited (İngiltərə şirkətinə), 10% payı isə Nobel Oil İnvestment (UK) LTD (İngiltərə) şirkətinə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər