-1 C
Baku
Sunday, December 15, 2024

“Global Finance” ABB-ni yenidən “İlin ən yaxşı bankı” elan etdi!

®Dünyanın məşhur “Global Finance” jurnalı “İlin ən yaxşı bankı” mükafatının qaliblərini elan edib. ABB Asiya və Sakit Okean regionunun ən yaxşı banklarından biri seçilib.

“Global Finance” qalibləri müəyyənləşdirmək üçün dünyanın 150-dən çox ölkəsinə aid banklar arasından seçim edib. Aktivlərin böyüməsi, gəlirlilik, əlçatanlıq, strateji tərəfdaşlıq əlaqələri, biznesin inkişafı, məhsul və xidmətlərdə innovasiyaların tətbiqi bu ilin əsas seçim meyarları olub. Qiymətləndirmə zamanı bankların kredit reytinqləri, müstəqil analitiklərin təhlilləri, ekspert rəyləri də nəzərə alınıb.

Beynəlxalq Valyuta Fondunun bu ilin oktyabrında Vaşinqtonda keçiriləcək illik toplantısında mükafatlar qalib bankların təmsilçilərinə təqdim olunacaq.

“Global Finance”in müxtəlif regionlar üzrə “İlin ən yaxşı bankı” elan etdiyi maliyyə qurumları arasında Akbank, Türkiye Finans Katılım Bankasi A.Ş., Deutsche Bank, Bank of America, Raiffeisen Bank, Swedbank, Lloyds Bank və s. bu kimi tanınmış banklar da var. Qaliblərin tam siyahısı ilə buradan tanış olmaq mümkündür.

“Global Finance” jurnalı 1987-ci ildən fəaliyyətdədir. Baş ofisi Nyu-Yorkda yerləşir. Jurnal 193 ölkədə 50 mindən çox oxucuya malikdir. Bu auditoriya, əsasən, iri şirkətlərin, o cümlədən beynəlxalq miqyaslı maliyyə qurumlarının qərarverici menecerlərini əhatə edir. Nəşrin hər il ayrı-ayrı banklara təqdim etdiyi mükafatlar maliyyə dünyasında etibarlılıq və üstünlük standartı kimi qəbul olunur. Bankların seçimi korporativ maliyyə qurumlarının rəhbərləri, bankirlər, texnologiyalar üzrə məsləhətçilər, dünyanın müxtəlif ölkələrindən olan maliyyə analitiklərinin rəyləri nəzərə alınmaqla aparılır.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Son xəbərlər
Digər xəbərlər