14 C
Baku
Friday, November 8, 2024

“Globus” lüks ticarət şəbəkəsini satdığını açıqlayıb

Dünyada ən iri pərakəndə ticarət şəbəkələrindən birinə malik İsveçrənin “Migros-Genossenschafts-Bund” (MGB) şirkəti “Globus” lüks ticarət şəbəkəsini satdığını açıqlayıb.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, şəbəkənin alıcısı Avropada bir sıra bahalı dükanlar sahibi olan “Signa” və “Central Group” şirkətləridir. 

Alış-verişin dəyəri 1 milyard ABŞ dollarıdır.

“Globus” şəbəkəsinə müştəri axtarılması ötən ilin yayından bəllidir, “Signa” və “Central Group” da o vaxtdan mümkün alıcılar sırasında sayılıb. İndi də “Globus”un “European Luxury Department Store Group”a daxil olması ilə holdinq Almaniya, Avstriya, Danimarka, İsveçrə, İtaliya bazarlarının müvafiq seqmentində lider olacaq.

Son xəbərlər
Digər xəbərlər