22 C
Baku
Sunday, June 26, 2022

“Gloria Jeans Coffees” kafesi cərimələndi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2022-ci il fevralın 21-də ölkə üzrə 345 ictimai iaşə obyektində 615 monitorinq keçirilib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq pr., ev 184 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Əlqəmbər Pənah oğluna məxsus restoran;

2. Bakı şəhəri, Səbail rayonu, M. Rəsulzadə küç., ev 2 ünvanında yerləşən, hüquqi şəxs “FBCO” MMC-yə məxsus “Gloria Jeans Coffees” kafesi;

3. Bakı şəhəri, Nizami rayonu, Məshəti küç., ev 5 ünvanında yerləşən, fiziki şəxs Əliyev Tuncay Səməd oğluna məxsus “Provan Pub” restoranı;

4. Bakı şəhəri, Nizami rayonu, E. Süleymanov küçəsində yerləşən, fiziki şəxs Məmmədov Zamin Taleh oğluna məxsus “Kölgə” restoranı.

Son xəbərlər
Oxşar xəbərlər