“Gmail” verifikasiyadan keçmiş hesablara “mavi işarə” verəcək. Şirkət bildirib ki, yenilik poçt xidmətinin istifadəçilərinə məktubun kimdən – fırıldaqçıdan, yoxsa etibarlı mənbədən gəldiyini daha yaxşı başa düşməyə kömək edəcək.
Tədbir özünü tanınmış brendlərin nümayəndələri kimi təqdim edən fırıldaqçılara qarşı mübarizə aparmaq məqsədi daşıyır.
Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir.
Artıq təsdiqlənmiş brendlər avtomatik olaraq “mavi işarə” alacaqlar. “Google”un dediyinə görə, “mavi işarə”nin verilməsi üç günə qədər vaxt aparacaq. Ətraflı məlumat “Google”un saytında mövcuddur.