15 C
Baku
Monday, May 6, 2024

GMAT testinə hazırlaşmağa nə vaxt başlamaq daha yaxşı olar?

Test verməyə hazırlaşan hər kəs özünə bu sualı verir. Cavab sizin biznes-məktəbə nə vaxt qəbul olmağı planlaşdırmanızdan asılıdır. GMAT testinin nəticələri bir neçə il (5) ərzində həqiqidir.

Bu məqalə birinci növbədə, GMAT-a imtahan verməkdən biznes-məktəbə daxil olana qədər olan prosesi bir addıma dəf etmək, yəni testin nəticələrini aldıqdan sonra dərhal qəbul olmaq istəyənlər üçün nəzərdə tutulmuşdur.

Hazırlıq biznes-məktəbə qəbul prosesinin ciddi planlaşdırılmasını və dərk edilməsini tələb edir. Bir neçə mühüm məqamı yadda saxlamaq lazımdır. Məktəblərin çoxu sənədləri bir neçə raünd ərzində: round 1, round 2 və s. qəbul edir. Müxtəlif vaxtlarda qəbul olunmaq mümkün olduğuna baxmayaraq, bir qayda olaraq, abituriyentlərin çoxu sənədləri birinci raund zamanı verir. Qəbul komissiyalarının üzvlərinin sözlərinə görə, GMAT-da keçib balı müxtəlif raundlarda bir-birindən fərqlənə bilər. 3-cü raund daha tələbkardır və ondan çox vaxt yan keçməyi məsləhət görürlər. Birinci raund zamanı sənədlərin qəbulunun son müddəti bir çox məktəblərdə oktyabrın birinci həftəsinə düşür, halbuki, ikinci raund zamanı yanvarın birinci həftəsinə düşür. Yaxşı sənəd zərfi hazırlamaq üçün üç ay ərzində kampusa getmək, məktəbin müəllimləri və məzunları ilə söhbət etmək lazımdır. Üç ay – məktəb haqqında esse və informasiya toplamaq üçün yaxşı dövrdür. Yadda saxlamaq lazımdır ki, essee yazmaq çoxlu vaxt tələb edəcək, belə ki, bir qayda olaraq, onu bir neçə dəfə təzədən yazmaq və səhvləri düzəltmək lazım gəlir.

GMAT testinə hazırlığa üç ay gedəcək. Əgər siz top biznes-məktəblərdən birinə qəbul olunmağı planlaşdırırsınızsa, bunun üçün dərhal 700 və daha yüksək bal nəticəsi göstərməyə hazırlaşmalısınız. Bu səviyyəni əldə etmək o qədər də asan olmayacaq. Xüsusi ədəbiyyat, hazırlıq kursları keçmədən buna nail olmaq asan deyil. Sənəd zərfinin hazırlanmasına sərf olunacaq zəruri vaxtı nəzərə alaraq, əgər birinci raunda qəbul olunmaq istəyirsinizsə, GMAT testini haradasa iyunun sonlarında başa çatdırmalısınız. Və hətta birinci cəhddən sonra testin nəticəsi sizi Qane etməzsə, iyul ayında hər şeyi dəyişmək şansınız olacaq və siz yenə də birinci raund ərzində sənədlərinizi təqdim edə bilərsiniz. Əgər siz yenə də sənəd qəbulunun birinci raundunun son müddətinə çatdırmasanız, ikinci raunda qəbula düşün, bu raund da qəbul statistikasına görə Round 1-ə çox oxşardır.

Əgər siz əvvəldən 2-ci round-a yönəlmişsinizsə, onda sənədlər zərfinin hazırlanması üçün kifayət qədər vaxt əldə etmək üçün GMAT-ı sentyabrın sonuna vermək dazımdır.

Nəticə:

Round 1 ərzində daxil olanlar üçün –GMAT-a hazırlığı  mart-aprel aylarında başlamaq, iyun ayının sonuna başa batdırmaq lazımdır. end and start preparing for GMAT beginning March-April.

Round2 ərzində daxil olanlar GMAT-a hazırlığa may-iyun aylarında başlamalı, sentyabr ayında başa çatdırmalıdırlar.

Siz bu tövsiyələrin hamısını nəzərə almaqla bütün mərhələləri planlaşdırdıqdan sonra sizin TOEFL və ya IELTS.testləri ilə hər şey qaydasında olduğu şərtilə keyfiyyətli hazırlığa vaxtınız kifayət etməlidir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər