15 C
Baku
Friday, April 26, 2024

GMAT

GMAT test – computer-adaptiv testdir . Bu o deməkdir ki, test kompüterin köməyi ilə məsafədən verilir. Bu halda, kompüter testi verənin bilik səviyyəsinə uyğunlaşır.

GMAT-ın hər hansı  bir seksiyasının birinci sualının mürəkkəbliyi orta səviyyədə olur. Yəni statistikaya görə, imtahan verənlərin təxminən  yarısı suala duz cavab verirlər. Sonradan gələn tapşırığın seçimi, əvvəlki sualların cavabı ilə müəyyən olunur. Onlar düz olduğu halda, növbəti sual mürəkkəbləşir, düz olmadığı halda isə yungülləşir.

GMAT üç seksiyadan ibarətdir, hər birinin öz səviyyələri var: Analitical Writing Assessment (dəqiq verilmiş mövzulu yazılı esse), Quantitative (riyaziyyat tapşırıqları), Verbal (ingilis dilindən biliklərin yoxlanılması). Birinci seksiya özündə iki yazılı tapşırıq birləşdirir, onların yerinə yetirilməsinə 30 dəqiqə ayrılır; iki başqa seksiya 75 dəqiqə çəkir və alternativ suallardan (multiple-choice test) ibarətdir. İstəsəniz hərəsi 5 dəqiqə olmaqla, 2 fasilə götürmək olar. Beləliklə, test keçən imtahanda 5 saat ishtirak edir və vaxtın çox hissəsi istirahət etməyə imkanı olmur.

Birinci seksiya
– Analytical Writing Assessment – iki hissədən ibarətdir və bu hissələrdə mövzuları kompüter seçir. Birinci hissədə (Analysis of an İssue) məqalədən balaca hissə və yaxud onu şərh etmək üçün test təklif olunur, yəni şəxsi fikirnizi arqumentlərlə yaxud  misallarla ifadə etmək tələb olunur.  Adətən, polemikanın istiqamətini testin axırında olan suallar təyin edir. Rəsmi olaraq təklif olunan mövzuya öz fikirinizi strukturlaşmış formada ifadə etməyiniz tələb olunur, cavab ingilis dilinin qaydalarını nəzərə alaraq, arqumentləndirilməlidir. İkinci hissə (Analysis of an Argument) birinci hissəni xatırladır, ancaq müzakirə testinin əvəzinə ekranda – quru faktdır və eləcə də quru cavab nəzərdə tutur. Əgər birinci hissədə cavablarda səhv ola bilərsə, ikinci hissədə buna gorə ballar endirilir – burada mövzudan uzaqlaşma qəbil olunmur. Bildiyimiz kimi, hər məsələnin həllinə 30 dəqiqə ayrılır, bu o qədərd ə çox deyil. Mövzuların çox hissəsı bilavasitə biznesə aiddir və bu sahədə kifayət qədər ciddi bilik tələb edir. İngilis dili burada ikinci dərəcəli rol oynayır – bu TOEFL deyil. Nəzərdə tutulur ki, test keçən onu daha bilir.

Beş dəqiqəlik taym-autdan (arzu olunarsa) sonra Quantitative – məntiq və riyaziyyat biliyinin yoxlanılması mərhələsi başlanır. Birinci hissə – Problem Solving – məsələnin həllidir. Adətən test keçənə 9-cu sinif üçün olan, yüngül məsələlər verirlər, sonra (cavablar müsbət olduqda) – mexanika-iyaziyyatın 1-ci kursu üçün olan məsələlər verilir. İkinci hissə – Data Sufficiency – yüngül hissə deyil. Suala iki şəkildə cavab verilir. Onların nə qədər duz olması (yaxud düz olmaması) və öz aralarında necə əlaqələndirilməsini təyin etmək vacibdir. Bu tapşırıq qeyri-adidir və analitik, abstrakt düşünməyə nəzərdə tutulub, ona görə də bu tapşırığı hazırlıqsız yerinə yetirmək çətindir. Beləliklə, idealda 75 dəqiqə ərzində 37 suala cavab vermək lazımdır. Bundan sonra daha bir fasilə götürmək olar və növbəti “verbal” seksiyaya başlamaq olar.

Verbal Section-da testin müəllifləri ingilis dilinin qrammatikasını və başa düşülməsini, oxu bacarığını yoxlayırlar. Belə ki, əvvəlki seksiyada olduğu kimi, buranın öz tematik hissələri var. Sentence Correction-da cümlələri düzəltmək lazımdır. Burada ingilis dilinin strukturunu yaxşı bilmək tələb olunur, imtahan götürənlər isə birinci baxışdan düz cavaba yaxın olan beş variant cavab təklif edirlər. Hətta başlanğıc variant özü düz ola bilər!

Reading Comprehension-nun bir hissəsi “başa düşülmüş oxu” üçün nəzərdə tutulub: mətni oxuduqdan sonra, onun başa düşülməsi, verilmiş suala beş variant cavabla yoxlanılması təklif olunur. Və nəhayət, sonuncu hissə – Critical Reasoning – dilin başa düşülməsini tələb edir. Testin sınaq variantında problem yerləşdirilib, onu analiz etmək və ən yaxşı həllini tapmaq lazımdır. Variantların cavabları artıq var. Bütövlükdə bu seksiyaya 41 tapşırıq daxildir (müddəti – 75 dəqiqədir).

Test nəticələrinin qiymətləndirilməsi

Bütün tapşırıqları yerinə yetirib dörd qiymət ala bilərsiniz: Quantitative Section üçün, Verbal Section üçün, Analytical Writing Assessment üçün və 200-dən 800-dək  bal ümumi qiymət. Onların hər birinin faiz göstəricisi mövcuddur.  Faizlə göstərilən qiymət başqa test verənlərlə müqayisədə, sizin səviyyənizi göstərir. Faiz göstəricisi nə qədər yüksəkdirsə, siz testi o qədər yaxşı keçmisiniz. Məsələn, sizin 56% var, bu o deməkdir ki, siz 56% test verənlərdən “ağıllısınız”.

Biznes-məktəblər bütün test üzrə ümumi balı nəzərə alırlar. Yüksək səviyyəli biznes-məktəblərə, tələb olunan bal 700 və artıq təşkil edir. Halbuki, biznes-məktəbə 650 bal nəticəsi ilə qəbul edə bilərlər. Bu, qəbul olanın başqa göstəricilərinin keyfiyyətindən asılıdır. Test verəni qiymət qane etmirsə, onun testin nəticələrini ləğv etmək hüququ var – bunları amma ancaq onlara baxmaqdan əvvəl etmək olar yaxud nəticənin pis olduğu halda etmək olar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər