4 C
Baku
Tuesday, February 27, 2024

“Go-Jek” keysi : Altı il ərzində yerli bazarda $1,3 mlrd. dəyərində qiymətləndirmə əldə etmək

Nadim Makarim- cəmi altı il ərzində İndoneziyanın ilk təkbuynuzlunu yaratmış insandır.

O bunu necə bacarıb?

  1. 2002-ci ildən 2009-cu ilə qədər ABŞ-da təhsil alıb
  2. 2006-cı ildə Nadim McKinsey-də məsləhətçi kimi öz karyerasına başlayır. Eyni zamanda, onu İndoneziyanın biznes akseleratoruna baş direktor vəzifəsinə də götürmüşdülər.
  3. 2010-cu ildə toplamış vəsaiti özü yaratdığı Go-Jek startup-ına yatırıb. Startup kiçik call-center və 20 motosiklet sürücüsündən ibarət olmuşdur.
  4. Üç il ərzində o mənfiyə işləyirdi. Paralel olaraq digər ideyaları da test edirdi.
  5. 2014-cü ildə, o, Uber-in diqqətini çəkib. Startup-ın uğuru haqda bütün dünya xəbərdar oldu. Bu, İndoneziya sərmayəçilərinin diqqətini çəkmişdir, nəticədə onlar Go-Jek startup-ına 50 milyon dollar sərmayə qoydular.
  6. 2015-ci ilə Uber şirkətinin uğuru sahibkarlarda marağın yaranmasına səbəb oldu. Bu, Nadim üçün problemə çevrildi. Go-Jek Uber-ə bənzər bir neçə tətbiq yaradaraq, sürücülərin sayını 800-ə çatdırır.
  7. 2015-ci ilin avqustuna yeni problem meydana gəlir-sürücülər çatışmazlığı. Problemi aradan qaldırmaq üçün Go-Jek, yerli mediada ayda 900 dollar gəlirə malik olan sadə Go-Jek sürücüsünün hekayəsini nəşr edir. Bundan sonra sürücülük sahəsində partlayış baş verdi.
  8. 2016-cı ilə Nadimin möhtəşəm inkişafını nəzərdən qaçırmaq mümkün deyildi. Bu, 550 milyon sərmayənin cəlb olunmasına gətirib çıxardı. Şirkətin dəyəri isə 1,3 milyard dollara qalxdı.

Hal-hazırda, şirkətdə milyondan çox sürücü çalışır. Şirkət 3 milyard sərmayə cəlb olunub.

Son xəbərlər
Digər xəbərlər