10 C
Baku
Thursday, December 12, 2024

“Golden Pay” zərərdən mənfəətə keçib – Vəziyyəti məlum oldu

Azərbaycanın onlayn ödəmələr bazarında ən böyük şirkət olan “Golden Pay” (və ya rəsmi adı ilə “Qoldenpey” ASC) 2019-cu ili 323,45 min manat mənfəətlə başa vurub. Halbuki, 2018-ci ili isə 33,91 min manatlıq zərərlə tamamlayıb.

Bu barədə Banker.az-ın əldə etdiyi şirkətin 2019-cu il üzrə audit hesabatında deyilir.

Hesabata görə ilin 4 rübü ərzində onlayn ödəmə şirkətinin gəlirləri 4 milyon 33 min manat, xidmətin maya dəyəri isə 2 milyon 221 min manat, inzibati xərcləri isə 1 milyon 335 min manat olub. Belə ki, şirkətin gəlirləri 32% çoxalıb.

Qeyd edək ki, 2019-ci il üzrə ümumi mənfəəti öncəki dövrlə müqayisədə 23% çox olmasına rəğmən, inzibati xərclərindəki artımlar 4,3% faiz daha çox olub. Şirkət il ərzində cəmi 477 min manat ətrafında əməliyyat gəliri əldə edib – öncəki il bu rəqəm 197 min manat  idi.

Bununla belə, Golden Pay-ın hesabat dövründə 29 min manata yaxın əlavə faiz xərcləri yaranıb.

Şirkətin hazırda cəmi aktivlərinin həcmi 2 milyon 311 min manat (illik müqayisədə 37,4% çox), cəmi kapitalı 342 min (19 dəfə çox) və öhdəlikləri isə 1 milyon 969 min manat (18,3% çox)dır.

Şirkət 2008-ci ildən tam hazırlıqlı formada fəaliyyətə başlamışdı. 2011-ci ildə şirkət tərəfindən “hesab.az” adlı ödəmə portalı yaradılmışdır.

Golden Pay şirkəti səhmlərin kütləvi satışını təşkil etmək məqsədilə 14 mart, 2014-cü il tarixində təşkilati hüquqi formasını Məhdud Məsuliyyətli Cəmiyyətindən Açıq Səhmdar Cəmiyyətinə dəyişdirmişdir. 

Hal-hazırda şirkətə aid bütün səhmlər Böyük Britaniyanın Nevis adalarında qeydiyyatdan keçmiş GoldenPay International şirkətinə məxsusdur.

2 2

1 1

Son xəbərlər
Digər xəbərlər