12 C
Baku
Saturday, November 23, 2024

GoldenPay-ə (Hesab.az) səhm kapitalı 75% artırıldı

Azərbaycanda “Hesab.az” ödəniş sisteminin sahibi “Qoldenpey” ASC və ya “GoldenPay”in nizamnamə kapitalı gözlənildiyi kimi artırılıb.

Banker.az xəbər verir ki, səhmdarların ümumi yığıncağının qərarına əsasən, “Golden Pay”in nizamnamə kapitalı  429 000 manat və ya 75.1% artımla 1 000 000 manata çatdırılıb. Buna qədər fintex şirkətinin kapitalı 571 000 manat idi.

Bu gözlənilən idi. Belə ki, mart ayının 29-də səhmdarlarının toplantısının keçiriləcəyi və adıçəkilən məsələnin müzakirəsinə dair məlumat verilmişdi.

“GoldenPay” 2007-ci ildə yaradılıb və 571 000 manat nizamnamə kapitalı var. Şirkətin səhmdarı Böyük Britaniyanın Nevis adalarında qeydiyyatdan keçmiş “GoldenPay International” şirkətidir.

Şirkət ötən il ərzində cəmi gəlirlərini 17% artırmaqla 13.09 milyon manata çatdırıb. Satışların maya dəyəri 19% artımla 8.94 mln. manata yüksəlib ki, bu da 4.15 mln. manat ümumi mənfəət deməkdir.

Şirkət ili 2.2 mln. manat xalis mənfəət əldə edib. Bu xalis mənfəət kapital balansındakı bölüşdürülməmiş mənfəəti 6.24 mln. manata yüksəlib.

Son xəbərlər
Digər xəbərlər