17 C
Baku
Saturday, October 5, 2024

“GoldenPay” Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığa başladı

“GoldenPay” ASC Avropa Yenidənqurma və İnkişaf Bankının kiçik və orta şirkətlərə dəstəyi çərçivəsində icra olunan “Şirkətlərin Böyümə Proqramı”na (EGP) qoşuldu. Proqram inkişaf etmiş ölkələrin təcrübəli şirkət rəhbərləri və direktorları tərəfindən qabaqcıl biznes vərdişlərinin əldə edilməsi və rəqabət qabiliyyətinin artırılması üçün məsələhət xidmətlərinin göstərilməsini nəzərdə tutur.

Proqram çərçivəsində “GoldenPay” ASC inkişaf strategiyasının icrası üçün idarəetmə bacarıqlarının təkmilləşdirilməsi, investisiya üçün maliyyə vəsaitlərinin cəlb edilməsi, texnologiya sahəsində nou-hav transferi və beynəlxalq bazarlarda fəaliyyətə hazırlıq üçün məsləhət xidmətlərindən yararlanacaqdır.

“GoldenPay” şirkətinin təklif etdiyi xidmətlər bazarda əhəmiyyətli mövqeyə malikdir və bu şirkətlə çalışmaq mənim üçün maraqlıdır. Şirkətin inkişaf üçün dəqiq müəyyən edilmiş baxışı (vizyonu), ona nail olmaq üçün motivasiya və kompetensiyası vardır. Mən şirkətə növbəti strateji inkişaf səviyyəsinə çatmaq üçün kömək edəcəyim üçün şadam” deyə proqram çərçivəsində cəlb edilmiş konsultant, Danimarkanın SimCorp şirkətinin keçmiş rəhbəri cənab Peter Lorens Ravn bildirib.

18-22 sentyabr tarixlərində cənab Peter Lorens Ravnın Bakıya ilk səfəri artıq başa çatıb. Proqramın 12-18 ay müddətinə həyata keçirilməsi nəzərdə tutulub və xərclərin 10% “GoldenPay” ASC, 90% isə EBRD-nin qrantı hesabına təmin edilir.

Son xəbərlər
Digər xəbərlər