10 C
Baku
Sunday, December 22, 2024

“Goldman” gələn ilin sonu üçün S&P 500-ün 6 500 bəndə qalxacağını proqnoz edir

“Goldman Sachs Group Inc.”ın baş səhmdar strategiyası üzrə mütəxəssisi David Kostinin fikrincə, S&P 500 indeksi ABŞ iqtisadiyyatının davamlı genişlənməsi və mənfəət artımı fonunda gələn ilin sonuna qədər artacaq. Banker.az bunu Bloomberg agentiliyinə istinadən xəbər verir. S&P 500 indeksi ABŞ-də kapitalizasiyasına görə 500 ən iri şirkətin səhmləri üzrə ölçüdür.

D.Kostin 2025-ci ilin sonu üçün S&P 500 üzrə hədəfini indiki səviyyələrdən təxminən 10% yuxarı, 6 500-ə qədər artırıb. O, əvvəlcə 12 aylıq S&P 500 hədəfini 6 300 olaraq müəyyən etmişdi. Bu yeni proqnoz, yaxınlarda ABŞ səhmləri ilə bağlı öz proqnozunu artıran “Morgan Stanley”dən Mike Vilsonun proqnozu ilə uyğun gəlir.

“Bizim əsas makroiqtisadi proqnozumuza görə, iqtisadiyyat və mənfəət artmaqda davam edir və istiqraz gəlirləri indiki səviyyələrdə qalır”- deyə, Kostin bazar ertəsi günü yazdığı bir qeyddə bildirdi.

S&P 500 bu il süni intellekt bumu olə indiyə qədər 24% artıb. Göstərici, Donald Trump-ın prezident seçkilərində qələbəsindən sonra 11 noyabrda qeydə alınan rekorda yaxın səviyyədədir.

Oktyabrın ortalarına olan məlumatlara əsasən, strategiyaların 2025-ci ilin sonu üçün verdiyi orta proqnoz 6 000 bənddir. Kostinin təxmin etdiyi təxminən 10%-lik artım, son bir neçə ildə Uol-Stritin adi proqnozları ilə uyğun gəlir.

Kostin bildirib ki, ABŞ səhmləri üçün hadisə riski həm artım, həm də azalma istiqamətində yüksəkdir. Daha “dost” fiskal siyasət və ya Federal Ehtiyat Sisteminin daha yumşaq mövqeyi səhmləri daha da yüksəldə bilər, lakin Trampın təklif etdiyi tariflər və yüksək istiqraz gəlirləri səhmlərə təzyiq göstərə bilər.

“Goldman”ın hazırkı proqnozlarına görə, Trampın tariflərinin və yerli istehsalçılar üçün mümkün 15%-lik korporativ vergi dərəcəsinin təsiri, azından onların mənfəət proqnozlarında bir-birini təxminən tarazlaşdırır.

“Biz hesab edirik ki, investorlar aşağı volatillik dövrlərindən istifadə edərək səhmlərin yüksəlməsindən yararlanmalı və ya opsionlar vasitəsilə mümkün enmələrdən qorunmalıdırlar”- deyə, D.Kostin yazıb.

“Goldman”dan digər proqnozlar:

– “Magnificent 7” (“Möhtəşəm 7”: yeddi ən iri texnoloji şirkət) texnologiya səhmləri gələn il S&P 500-ün qalan hissəsindən üstün performans göstərəcək, lakin “son yeddi ildə ən kiçik fərqlə.”

– Birləşmə və satınalma potensialı olan səhmlər cəlbedici ola bilər; Trampın ilk prezidentlik dövründə bu cür səhmlərdən ibarət bir portfel üstün nəticə göstərmişdi.

Son xəbərlər
Digər xəbərlər