12 C
Baku
Saturday, November 23, 2024

“Goldman Sachs” 2.2 mlrd. dollara “GreenSky” fintex-platformasını alır

Amerikan investisiya bankı “Goldman Sachs” 2.2 milyard dollara “GreenSky” bulud platformasını almaq planlarını açıqlayıb.

Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

Hər iki tərəfin idarə heyətinin üzvləri müqaviləni təsdiq ediblər.

Verilən məlumata görə, müqavilənin 2021-ci ilin sonuna və ya 2022-ci ilin birinci rübünə qədər bağlanması gözlənilir. Müqavilə çərçivəsində “GreenSky” səhmdarları 0.3 səhmə bərabər pay alacaqlar.

“GreenSky”- ABŞ-ın ən böyük bulud platformalarından biridir, hansıki istehlak kreditlərinin verilməsi prosesini rəqəmsallaşdırır. 2020-ci ildə şirkətin İT həlləri ilə həyata keçirilən əməliyyatların həcmi 5.5 milyard dollara çatıb.

Şirkət minlərlə satıcı ilə işləyir (“Home Depot”dan tutmuş müstəqil həkimlərə qədər) və onlara kredit kartlarının daha ucuz alternativlərini təklif edir. “Goldman Sachs” bunun xidmət ekosistemi genişləndirməyə kömək edəcəyini düşünür.

“GreenSky” 2018-ci ildə 4 milyard dollar dəyərində birjaya çıxıb, lakin koronavirus pandemiyası dövründə şirkət təxminən 70% ucuzlaşıb.

Son xəbərlər
Digər xəbərlər