Amerika investisiya bankı “Goldman Sachs” 2025-ci ildə Brent markalı neftin orta qiyməti ilə bağlı proqnozunu bir barel üçün 82 dollardan 77 dollara endirib. Gözlənilən dalğalanma diapazonu bir barel üçün 5 dollar azalaraq 70-85 dollar/barel təşkil edib, Banker.az bu barədə ProFinance saytına istinadən xəbər verir.
Bank ekspertləri qeyd edirlər ki, OPEC+ alyansının səyləri sayəsində hazırda bazar tarazlıq vəziyyətindədir, lakin dördüncü rübdə qara qızıl hasilatının artması qüvvələr balansını dəyişəcək.
“GS” ekspertlərinin fikrincə, bazara əlavə təzyiq gözləniləndən yüksək təklif faktoru ilə təsir edəcək ki, bu da sənayenin texnoloji səmərəliliyinin artmasının nəticəsi olacaq. Eyni zamanda, elektrik avtomobillərin populyarlaşması və neft-kimya sənayesində aktivliyin azalması fonunda Çində qara qızıla tələbatın artım tempi aşağı düşəcək.