18 C
Baku
Friday, October 3, 2025

“Goldman Sachs” 2026-cı ildə ABŞ iqtisadiyyatının sürətlənəcəyini gözləyir

“Goldman Sachs Group”un baş icraçı direktoru Devid Solomon 2026-cı ildə ABŞ iqtisadiyyatının sürətlə böyüməsini gözləyir. Onun sözlərinə görə, bu, stimullaşdırıcı tədbirlərin davam etdirilməsi və texnologiya sahəsində xərclərin artırılması sayəsində mümkün olacaq və əmək bazarındakı zəifləmə ilə geosiyasi qeyri-sabitliyin təsirini kompensasiya edə bilər, “Bloomberg” yazır.

Solomon qeyd edir ki, dövlət xərcləri və “bütün bu süni intellekt infrastrukturu tikintisi” o deməkdir ki, iqtisadiyyat ümumilikdə “hələ də kifayət qədər yaxşı vəziyyətdədir”, ABŞ-də idxal rüsumlarının mənfi təsiri və əmək bazarının yavaşlamasına baxmayaraq.

O, həmçinin ABŞ-də əməliyyat sayının artmasını gözləyir. “Dəyişmiş normativ-hüquqi mühit” şirkət rəhbərlərini birləşmə və satınalmalar məsələlərində daha iddialı olmağa sövq edir, deyə o hesab edir.

Eyni zamanda, “Goldman Sachs”in rəhbəri yaxın 12–24 ay ərzində fond bazarlarında azalma gözlədiyini bildirib. Amma bu, xüsusilə süni intellekt texnologiyaları ilə məşğul olan iri şirkətlərin səhmlərinin uzun müddətli yüksəlişini nəzərə alaraq təəccüblü olmamalıdır.

Bank əməkdaşların məhsuldarlığını artırmaq üçün yeni texnologiyalara investisiyaları genişləndirməyi planlaşdırır. “Bu il texnologiyalara 6 milyard dollar xərcləyəcəyik. Mən 8 milyard dollar xərcləmək istərdim, amma buna imkanım yoxdur, çünki gəliri təmin etməliyəm”, – deyə Solomon bildirib.

“O, texnoloji təkmilləşdirmələr nəticəsində bəzi bölmələrdə iş yerlərinin, faktiki məşğulluğun azalacağını” qeyd edib. Bununla belə, Solomon “Goldman Sachs”ın ümumi işçi sayının növbəti onillikdə artacağını gözləyir.

Son xəbərlər
Digər xəbərlər