17 C
Baku
Monday, May 6, 2024

Goldman Sachs-a görə dünya çempionu kim olacaq?

Goldman Sachs investisiya bankının analitikləri tezliklə Braziliyada başlayacaq futbol üzrə dünya çempionatında iştirak edəcək 32 komandanın finala çıxmaq şanslarını təhlil etmişlər. 

Belə ki, bank “Futbol üzrə dünya çempionatı və 2014-cü ilin iqtisadiyyatı” adlı hesabatını nəşr etmişdir. Bu investisiya bankının bu mövzuda nəşr etdiyi 5-ci hesabatdır və ilk hesabat 1998-ci ilə təsadüf etmişdi.

GS-ın qiymətləndirməsinə görə, cari dünya çempionatında qələbəyə ən çox şansı olan komanda elə dünya çempionatının sahibləri olan Braziliya komandasıdır. Ekspertlərin fikrincə, finalda Braziliyanın yığma komandası Argentina yığma komandası ilə qarşılaşacaq və qalib gələcək.  Onlar Braziliya komandasının qalib gəlmə ehtimalını 48,5% olaraq qiymətləndirmişlər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər