“Goldman Sachs” hesab edir ki, Donald Tramp administrasiyasının yaxın günlərdə qüvvəyə minməsi planlaşdırılan yeni idxal tarifləri istər-istəməz qlobal ticarət müharibəsinin şiddətlənməsinə səbəb olacaq. Bu da öz növbəsində ABŞ-də inflyasiyanın sürətlənməsinə gətirib çıxaracaq. “The Wall Street Journal” yazır ki, buna əsaslanaraq, bankın analitikləri bu il Amerika iqtisadiyyatında tənəzzül ehtimalını demək olar ki, iki dəfə artırıblar.
Əgər əvvəlki proqnozda “Goldman Sachs” analitikləri 2025-ci ildə tənəzzül ehtimalını 20% olaraq qiymətləndirirdilərsə, indi ABŞ-də belə bir ssenarinin baş vermə ehtimalını 35%-dir.
Bank həmçinin 2025-ci ilin sonunda baza inflyasiya proqnozunu illik müqayisədə 3.5%-ə qaldırıb, cari il üçün ÜDM-in artımı proqnozunu isə 1.5%-dən 1%-ə endirib.