26 C
Baku
Monday, June 27, 2022

“Goldman Sachs” ABŞ-ın iqtisadi artım tempi ilə bağlı proqnozunu artırıb

Amerikanın “Goldman Sachs” bankının mütəxəssisləri cari ildə ABŞ ÜDM-nin 8% artacağını proqnozlaşdırırlar.

Banker.az “TASS”a istinadən xəbər verir ki, bu barədə bankın bazar günü verdiyi açıqlamada deyilir.

“Ən son maliyyə siyasəti xəbərinin təhlilindən sonra ÜDM proqnozunu yüksəltdik və 2021-ci ildə artımın 8% təşkil edəcəyini gözləyirik. Hesablamalara görə, 2021-ci ildə işsizlik səviyyəsi 4% , 2022-ci ildə isə 3.5% təşkil edəcək”, – mesajda deyilir. Bu proqnozu nəzərə alaraq, “Goldman Sachs” mütəxəssisləri 2023-dü ildə ABŞ-da inflyasiyanın 2.1% olacağını gözləyirlər.

“Axios” portalı bu proqnozun nikbin olduğunu və ABŞ-ın artım tempinin əksər maliyyə analitiklərinin gözləntilərini təxminən iki dəfə keçdiyini qeyd edir. Hələ 2020-ci ilin noyabrında ÜDM 3.9% səviyyəsinə müəyyən edilmişdir.

Portal əlavə olaraq yazır ki, bankın proqnozlarının həyata keçirilməsi ölkənin pandemiyanın nəticələrindən iqtisadi olaraq tam xilas olduğu demək olacaq. Xatırladaq ki, koronavirus pandemiyası nəticəsində ABŞ iqtisadiyyatı 4.1% kiçilib, ÜDM isə 22.6 trilyon dollara çatıb.

Son xəbərlər
Oxşar xəbərlər