3 C
Baku
Sunday, February 25, 2024

“Goldman Sachs”: ABŞ iqtisadiyyatının böyümə tempi azalacaq

ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini tədricən artırması və Prezident Donald Trampın tətbiq etdiyi vergi güzəştlərinin təsirinin azalması ölkə iqtisadiyyatının böyümə tempini azaldacaq.

Banker.az “Report”a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-ın aparıcı investisiya bankı – “Goldman Sachs” çıxış edib.

Bankın mütəxəssisləri hesab edir ki, hazırda illik artımı 3,5% olan ABŞ iqtisadiyyatının böyümə tempi 2019-cu ilin sonuna qədər 1,75%-ə düşə bilər. Son nəticədə bu il 2,9%-lik orta illik iqtisadi artım proqnozlaşdıran “Goldman Sachs” gələn il bu rəqəmin 2,5%-ə düşəcəyini ehtimal edir.

İqtisadçılar Yan Hatzius (Jan Hatzius) və David Meriklın (David Mericle) açıqladığı bu proqnoz hesabatında gələn ay FED-in böyük ehtimalla faiz artımına gedəcəyi, bu prosesin 2019-cu ildə də davam edəcəyi qeyd olunub.

Son xəbərlər
Digər xəbərlər