9 C
Baku
Sunday, November 17, 2024

“Goldman Sachs” Avropada resessiya proqnozunu dəyişdirib

“Goldman Sachs” investisiya bankının analitikləri Avropada resessiyanın olmayacağını proqnoz ediblər. Məlumata görə, Avrozonada ÜDM gözlənilən 0.1% azalmaya qarşı 0.6% artacaq. Analitiklərin fikrincə, Aİ iqtisadiyyatı aşağı qaz qiymətləri və Çində koronavirusa qarşı məhdudiyyətlərin aradan qalxması sayəsində tənəzzüldən qaça billər.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Goldman Sachs”a görə, 2023-cü ilin qışında Avropa iqtisadiyyatının artımı hələ də zəif olacaq – ÜDM cəmi 0.1% artacaq. Bundan sonra 2023-cü ilin sonuna kimi artım 0.6%-ə qədər sürətlənəcək. “Goldman Sachs”ın analitikləri  2023-cü ilin sonuna qədər Aİ inflyasiyanın 3.25%-ə düşəcəyini gözləyirlər.

Xatırladaq ki, dekabrda Avropa Mərkəzi Bankı qiymətlərin 2023-cü ildə 6.3%, 2024-cü ildə 3.4%, 2025-ci ildə isə 2.3% artacağını proqnozlaşdırmışdı. Beynəlxalq Valyuta Fondu bildirib ki, 2023-cü ildə Aİ ölkələrinin yarısı Rusiya ilə Ukrayna arasında hərbi münaqişəyə görə tənəzzüllə üzləşə bilər. Yeni il ərəfəsində “Financial Times” analitikləri Aİ-də tənəzzülün qaçılmaz olması və işsizliyin artması barədə də yazıblar.

İqtisadçıların Avrozonadan gözləntilərini dəyişdirən əsas amil havaların anomal istiləşməsi (məsələn, Berlində Yeni il ərəfəsində havanın temperaturu +15 C° səviyyəsində qeydə alınıb) və istehlakın azalması səbəbindən qazın qiymətinin kəskin ucuzlaşması olub. Yanvarın əvvəlində Avropada qazın qiyməti 2021-ci ilin sentyabr ayı dəyərlərinə düşüb.

Digər amil isə Çində koronavirus məhdudiyyətlərinin aradan qalxmasıdır. Yanvarın 8-dən Pekin koronavirus testi mənfi olan ölkəyə gələn səyahətçilər üçün məcburi karantini ləğv edib. 2022-ci ilin dekabrında Çin hakimiyyəti yerli iqtisadiyyatın inkişafına mane olan bəzi məhdudiyyətləri də aradan qaldırıb.

Son xəbərlər
Digər xəbərlər