2 C
Baku
Saturday, December 14, 2024

“Goldman Sachs”: Avrozona iqtisadi artım tempi üzrə ABŞ-ı üstələyəcək

Yaxın iki ildə Avrozonada ÜDM-in artım tempi ABŞ iqtisadiyyatının artım tempini üstələyəcək.

Bunu “Goldman Sachs”ın analitiki Sven Yari Sten bildirib.

Proqnozlara görə, bu il Avrozona iqtisadiyyatı 4,4% artacaq ki, bu da ABŞ üzrə proqnozdan 0,9 faiz bəndi çoxdur. 2023-cü il üçün proqnozlar isə müvafiq olaraq 2,5% və 2,2% təşkil edir.

S.Y. Sten bildirir ki, Avropa iqtisadiyyatının artımını iki faktor dəstəkləyəcək – COVID-19 pandemiyasının səngiməsi və Avropa Mərkəzi Bankının daha yumşaq monetar siyasəti. Analitik qeyd edir ki, yeni “Omicron” ştamının yayılmasına baxmayaraq, Avropada buna qarşı güclü məhdudlaşdırıcı tədbirlər görülməyib və bu da ilin əvvəlində baş verə biləcək iqtisadi geriləmənin qarşısını alıb.

Son xəbərlər
Digər xəbərlər