12 C
Baku
Monday, November 10, 2025

“Goldman Sachs”: Avrozona İsraildəki müharibə səbəbindən artan inflyasiya ilə üzləşəcək

Avrozona iqtisadiyyatı İsraillə Fələstinin HƏMAS radikal qruplaşması arasında davam edən müharibə səbəbindən ciddi problemlərlə üzləşəcək. Bu barədə “Goldman Sachs” bankının analitiklərinin proqnozunda deyilir.

Yaxın Şərqdə hərbi əməliyyatların güclənməsi enerji xərclərinin “məhdud” artması fonunda Avrozonada ÜDM artımının onsuz da aşağı templərini ləngitəcək. Münaqişənin uzadılması, ən böyük investisiya banklarından birinin ekspertlərinin aydınlaşdırdığı kimi, Avropa regionunda istehlak qiymətlərinə təzyiqin artmasına və inflyasiyanın sürətlənməsinə də səbəb ola bilər.

Londonda yerləşən “Europe Economics” konsaltinq şirkətinin analitiki Yekaterina Vaşkinskayanın fikrincə, Yaxın Şərqdə hərbi əməliyyatların mənfi nəticələri Avropa Mərkəzi Bankının pul siyasətinin daha da sərtləşdirilməsi və faiz dərəcələrinin artırılması üçün ilkin şərtlərə çevrilə bilər. Bununla belə, Avrozona iqtisadiyyatı üçün əsas risk, ekspertin fikrincə, enerji qiymətlərinin kəskin artması təhlükəsi olacaq.

Son xəbərlər
Digər xəbərlər