Amerika bankı Goldman Sachs Group 12 mart tarixində iki prezidentindən və idarəçi direktorundan biri Harvey Schwartz-ın 2018-ci ilin 20 aprel tarixində vəzifəsindən ayrılacağını açıqladı.
Müvafiq xəbərlər kredit təşkilatının rəsmi saytında da yerləşdirilib. Schwartz-ın gedişindən sonra bankın yeganə prezident və idarəçi direktoru David Salamon olacaq.
H. Schwartz Goldman Sachs-da 1997-ci ildən işləyirdi. 2017-ci ilin yanvar ayından isə bankın prezidenti və idarəçi direktoru vəzifəsini icra edirdi. Bundan əvvəl, dörd il bankın maliyyə direktoru olub.