Proqnoz bir barel üçün 53-63 dollar səviyyəsində saxlanılıb.
“Goldman Sachs” investisiya bankının ekspertləri 2016-cı ildə Brent markalı neftin orta qiymətini bir barel üçün 39 dollardan 45 dollara qədər artırıblar.
RNS xəbər verir ki, eyni zamanda analitiklər 2017-ci il üçün Brent markalı neftin proqnozunu bir barel üçün 60 dollardan 55 dollara qədər azaldıblar. Brent markalı neftin uzunmüddətli proqnozu bir barel üçün 53-63 dollar səviyyəsində saxlanılıb.
WTI markalı neftə gəldikdə isə, onun bu il üçün proqnozu bir barel üçün 38 dollardan 45 dollara qədər artırılıb, amma 2017-ci ilin proqnozunda 58 dollardan 53 dollara qədər azaldılıb.
-Oxu.Az