23 C
Baku
Tuesday, April 23, 2024

“Goldman Sachs” Çində işçilərinin sayını 2 dəfə artıracaq

ABŞ-ın “Goldman Sachs” investisiya bankı maliyyə bazarını genişləndirməyi qarşısına məqsəd qoymuş Çində işçilərinin sayını 2 dəfə artıraraq 600-ə çatdırmağı planlaşdırır.

Bu, yaxın 5 il ərzində həyata keçiriləcək proqram əsasında baş tutacaq.

Xatırladaq ki, Çin iqtisadi artımı təmin etmək və maliyyə sektorunda rəqabəti artırmaq üçün xarici investorların, xüsusi ilə bankların ölkəyə investisiya yatırmasında maraqlıdır. “Bloomberg” agentliyinin hesablamalarına görə, ötən il bu ölkədə fəaliyyyət göstərən xarici kommersiya və investisiya bankları 9 milyard ABŞ dolları məbləğində mənfəət əldə edib.

Çin prezidenti Si Tszinpinin iqtisadi planları bu ilin sonuna qədər xarici banklara ölkədəki törəmə qurumlarına tam nəzarət eməyə imkan verəcək, ümumilikdə 45 trilyon dollarlıq maliyyə sektorunu əhatə edəcək.

Qeyd edək ki, “Goldman Sachs” Çindəki törəmə bankındakı payını 33%-dən 51%-ə çatdırmaq üçün hökumətə müraciət edib.

©Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər