26 C
Baku
Saturday, July 27, 2024

“Goldman Sachs” çip defisitinin ilin ikinci yarısında bitəcəyini proqnozlaşdırdı

“Goldman Sachs” mütəxəssisləri çip çatışmazlığı probleminin 2021-ci ilin ikinci yarısında aradan qaldırılacağını hesab edir. Banker.az xəbər verir ki, bunu dünyanın ən böyük investisiya banklarından birinin baş iqtisadçısı Endrü Tilton söyləyib.

İqtisadçının sözlərinə görə, yarımkeçiricilər tədarükü zəncirində iştirak edən Yaponiya, Tayvan və Cənubi Koreya kimi ölkələrdə hazırda gecikmələr müşahidə edilir.

“Bu, nəqliyyat vasitələrinin istehsalı ilə yanaşı, emal sahəsində də təsir edəcək. Analitiklərimiz hesab edir ki, hazırda ən pis dövrümüzü yaşayırıq. Yəni indi avtomobil sənayesi kimi sahələrdə ən böyük axsamaları görürük, ilin ikinci yarısında vəziyyət tədricən yaxşılaşacaq”, – deyə Endrü əlavə edib.

“AlixParners” konsaltinq şirkətinin verdiyi məlumata görə, 2021-ci ildə çip çatışmazlığı avtomobil sənayesinə 110 milyard dollara başa gələcək.

“Intel” CEO-su Pet Gelsinger hesab edir ki, dünyada yarımkeçirici çatışmazlığı daha bir neçə il davam edəcək.

Son xəbərlər
Digər xəbərlər