16 C
Baku
Sunday, November 3, 2024

Goldman Sachs dolların avro səviyyəsində artımını proqnoz verdi

Dünyanın nəhəng beynəlxalq investisiya banklarından biri olan Goldman Sachs-ın əsas iqtisadçısı Jan Hatzius bildirib ki, 2017-ci ildə dolların məzənnəsi avronun məzənnəsi səviyyəsinə qədər arta bilər.

Onun sözlərinə görə, belə bir artımın ehtimal edilməsi ABŞ Federal Ehtiyat sisteminin faiz dərəcəsini artırması gözləntiləri ilə bağlıdır. FES-nin iclasları iyun, sentyabr və dekabr aylarında baş tutacaq.

Faiz dərəcələrinin artırılması barədə qərar qəbul edilərsə (ekspertin fikrincə, bunun baş vermə ehtimalı böyükdür) ABŞ-da kommersiya bankları üçün pulun dəyəri Avropada olduğundan əhəmiyyətli dərəcədə yüksək olacaq. Bu isə öz növbəsində, amerikan valyutasının gələcək artımını müəyyən edəcək.

Bununla yanaşı, Hatzius 2019-cu ilə qədər Avropa Mərkəzi bankı tərəfindən faiz dərəcələrinin artırılmasını gözləmir. “Burada əsas hərəkətverici qüvvə valyutanın qiymətləndirilməsi deyil, faiz dərəcələri arasındakı real fərqdir” – deyə Goldman Sachs iqtisadçısı bildirib.

ABŞ FES ilk dəfə 2016-cı il 14 dekabrda baza faiz dərəcəsini artırdı. Bu zaman faiz dərəcəsi 0,25-0,5-dən 0,5-0,75 faizə artırıldı. Bununla yanaşı, FES 2017-ci ildə baza faiz dərəcəsinin iki əvəzinə üç artım proqnoz verib. Faizin orta səviyyəsi 1,375 faiz təşkil etməlidir.

Son xəbərlər
Digər xəbərlər