26 C
Baku
Saturday, July 27, 2024

Goldman Sachs: Dünya iqtisadiyyatı bahalı neftə ehtiyac duyur

Goldman Sachs bankının analitikləri Ceff Karri və Mixail Sproqis belə hesab edir ki, neft qiymətlərinin qəfil artımı Səudiyyə Ərəbistanı kimi neft hasil edən ölkələrin gəlir artımına təkan verərdi. Bununla yanaşı, vəsaitlərin əhəmiyyətli hissəsi xarici bazarlara çıxarılardı, çünki ölkə iqtisadiyyatı nəhəng həcmdə likvidliyi “həzm” etmək iqtidarında deyil. Bu vəsaitlər maliyyə bazarları vasitəsilə bütün dünyaya yayılar, aktivlərin dəyərini artırar və istehlakçı əminliyini artırardı.

Bu kifayət qədər məntiqsizdir, xüsusən də 1970-ci illərdə Yaxın Şərqdə qarışıqlığın neft qiymətinin qalxmasına və inkişaf etmiş dünyanın böyük hissəsini resessiya ilə üz-üzə qoyduğu dövrü yaşayanlar üçün. Bu zaman yüksək neft qiymətləri inkişaf etmiş ölkələrdən yüksək tələb səviyyəsi ilə inkişaf etməkdə olan ölkələrə aşağı səviyyəli tələb ilə pul axını demək idi. Bu da pulları dövriyyədən çıxarır və iqtisadiyyatda durğunluğa səbəb olurdu.

Hər şey 2000-ci illərdə dəyişdi. Bu zaman müasir maliyyə sistemlərinin əmanətləri neft hasil edən ölkələrdən qəbul edilir və daha sonradan bütün dünyaya yayılır.

Goldman Sachs bankının analitiklərinin bu nəzəriyyəsi 2000-ci illərdə, yəni neftin 1 barrelinin qiyməti 100 dollardan baha satıldıqda dünya iqtisadiyyatının nəyə görə artmasını və daha sonradan bu yaxınlarda baş verən neft qiymətlərinin enməsi fonunda ləngiməsini izah edir.

 “Bu gün ki gün ilə 1970-ci illərin fərqi ondan ibarətdir ki, neft daha qəliz maliyyə sistemi hesabına qlobal likvidlik yaradır. 2000-ci illərdə daha qəliz təşkil edilmiş maliyyə bazarları bu “artıqlığı” daha qlobal likvidliyə çevirə bilirdi. Bu isə aktivlərin dəyərini artırır, faiz dərəcələrini endirir, həmçinin kreditləşmə şərtlərini yaxşılaşdırırdı” –  deyə analitiklər qeyd edib.

Goldman satış həcminə görə Wall-Street-də nəhəng xammal məhsulları dileridir. Bu səbəbdən də, bankın analitiklərinin fikirləri təbiət resurslarına vəsait yatıran investorlar arasında kifayət qədər çəkiyə sahibdir.

2014-cü ildə, neft qiymətləri enməyə başladığı zaman Yaxın Şərq iqtisadiyyatları öz əmanətlərini büdcə tələblərini ödəmək üçün sərf etməyə başladılar. Neft qiymətləri və dünya iqtisadiyyatının artımı arasındakı nisbət əbədi olaraq davam etməyəcək. Bu ölkələr  öz büdcələrini neft satışından gələn gəlirləri və xərcləri balanslaşdırmağa imkan verəcək şəkildə təşkil etdikdə neft qiymətlərinin artımı həddən artıq likvidlik həcminin yaranmasını stimullaşdırmayacaq. Necə ki, bu 1980 və 1990-ci illərdə baş vermişdi.

Son xəbərlər
Digər xəbərlər