3 C
Baku
Monday, March 4, 2024

“Goldman Sachs”: Hazırda anbarlardakı neft və neft məhsulları 1 milyard barreldir

Fiziki neft bazarındakı depolama qabiliyyətində hələ də problemlər var. Hazırda qlobal miqyasda anbarlarda saxlanılan neft və neft məhsullarının həcmi 1 milyard barrel səviyyəsindədir.

Bu proqnozla ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” çıxış edib.

Banka görə, OPEC-in qərarından sonra neftin qiyməti həddən artıq bahalaşıb. Qarşıdakı həftələrdə isə qiymətin ucuzlaşması gözlənilir. Dünya miqyasında neft ehtiyatlarının əvvəlki hesablamalardan daha yavaş azalacağı proqnozlaşdırılır. 2021-ci ilin dekabrında ehtiyatlar keçən ilə nisbətən yenə də yüksək olacaq.

“Goldman Sachs” mayın 1-i və 13-də yayımladığı proqnozlarda, ehtiyatların 2021-ci ilin mart və iyun aylarında 2019-cu ilin dekabrındakı səviyyəyə enəcəyini proqnozlaşdırırdı.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər