10 C
Baku
Thursday, March 12, 2026

“Goldman Sachs” ilin sonuna neftin qiyməti üzrə proqnozunu barel üçün 71 dollara qaldırıb

İnvestisiya bankı “Goldman Sachs” ilin sonunda xam neftin qiyməti üzrə yuxarı hədd proqnozunu barel üçün 66 dollardan 71 dollara yüksəldib. Bu barədə bankın analitik qeydinə istinadən “Reuters” və “The Wall Street Journal” məlumat yayıb.

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra neftin qiyməti artıb. Buna səbəb Hörmüz boğazı vasitəsilə yük daşımalarının qismən dayanmasıdır. 9 martda neftin qiyməti 2022-ci ildən bəri rekord səviyyəyə — barel üçün 119 dollara çatıb.

Əgər əvvəllər “Goldman Sachs” boğazın təxminən 10 gün bağlı qalacağını proqnozlaşdırırdısa, indi bu müddətə daha üç həftə əlavə edib. Bank hesab edir ki, adi nəqliyyat axınının bərpası üçün bu qədər vaxt lazım olacaq.

Hörmüz boğazında hərəkətin nə qədər tez bərpa olunacağından asılı olaraq, “Goldman Sachs” 2026-cı ilin dördüncü rübündə xam neftin qiymətinin barel üçün 67–71 dollar arasında olacağını gözləyir. Əvvəlki proqnoz 62–66 dollar idi.

Son xəbərlər
Digər xəbərlər