26 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

“Goldman Sachs” investorlar üçün kapital idarəetməsi xidmətini işə salıb

Screen Shot 2021 09 02 at 14.34.20

Amerikanın dünyanın ən böyük banklarından biri olan “Goldman Sachs” investorlar üçün kapital idarəetməsi xidmətini işə salıb. Ondan istifadə etmək üçün smartfon və 1000 dollar tələb olunur.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Qeyd edək ki, “Goldman Sachs” ənənəvi olaraq varlı müştərilərə xidmət edir. Bu kredit təşkilatının diqqətini yalnız 10 milyon dollar və ya daha çox aktivlə cəlb etmək mümkündür.

“Goldman Sachs”ın yaratdığı bu xidmət əsasən kütləvi investorlar üçün nəzərdə tutulub. İndi hər bir istifadəçi “Marcus Invest”da hesab aça biləcək. Bildirilir ki, hesabda minimum 1000 dollar vəsait olmalıdır.

Vəsaitlər səhmlərə və istiqrazlara investisiya edən birja fondlarına yatırılacaq. Robo-məsləhətçi digər banklarda olduğu kimi, investisiya qrafikini və müştərinin riskə münasibətini qiymətləndirəcəndən sonra uyğun investisiya portfeli təklif edəcək.

Xidmətin istifadəsinə görə müştəridən ildə 0.35% komissiya tutulacaq.

Xatırladaq ki, “Marcus Invest” xidməti 2016-cı ildə işə salınıb və əsasən gəlir mənbələrini diversifikasiya etmək məqsədini daşıyıb. “Marcus Invest” fərdi və kütləvi investisiya hesablarını, o cümlədən üç növ fərdi pensiya hesablarını açmağı təklif edir.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər