9 C
Baku
Monday, November 18, 2024

Goldman Sachs işçilərini ixtisar etməyə hazırlaşır

“Goldman Sachs Group Inc” pandemiyada iki illik fasilə verdikdən sonra bu ay işçiləri ixtisar edəcəyini bildirib.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər  verir.

Qeyd edək ki, “Wall Street” nəhəngi, adətən, hər il işçilərinin təxminən 1%-dən 5%-ə qədərini ixtisar edir və 2022-ci ildəki ixtisar bu faiz aralığının ən aşağısında olacaq. Bank bildirib ki, ixtisarlara gələn həftədən başlayacaq.

Goldmanın işçilərinin sayı illik müqayisədə 15% artaraq iyunun sonunda 47.000-ə çatıb. İşçilərin 1%-inin ixtisarı 500-ə yaxın bankirin işdən çıxarılması deməkdir.

Son xəbərlər
Digər xəbərlər