9 C
Baku
Thursday, December 12, 2024

“Goldman Sachs” kriptovalyuta ticarəti şöbəsini yaradıb

“Goldman Sachs” rəsmi olaraq Uoll-Stritdə kriptovalyuta ticarəti dövrünə qədəm qoyub.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Bank yeni yaradılan kriptovalyuta şöbəsinin bitkoinlə əlaqəli iki növ derivativ ilə uğurla ticarət etdiyini bildirib.

Qeyd edildiyi kimi, yeni şöbə “Goldman Sachs”ın qlobal valyuta və inkişaf etməkdə olan bazarlar strukturunun bir hissəsidir.

Bank “Cumberland DRW” vasitəsilə Çikaqo ticarət birjasında (CME) bitkoin fyuçersi alqı-satqısı ilə özünü kriptovalyutanın dəyişkənliyindən qoruyacaq. Mesajda bankın bazarda mövcudluğunu genişləndirməyə davam etmək niyyətində olduğu və təklifini genişləndirmək üçün yeni likvidlik təminatçılarını cəlb edəcəyi vurğulanır.

Xatırladaq ki, “Goldman Sachs”ın ticarət etdiyi maliyyə alətləri bitkoin qiymətinə bahis etməyə imkan verir. Bütün müqavilələr nağd pulla ödənilir və “Goldman”ın faktiki bitkoinlə iş aparmasını tələb etmir.

“Goldman” və onun rəqibi “Morgan Stanley” varlı müştərilərinə bitkoinə investisiya qoymağı təklif etməyə başlasalar da, Uoll-Stritdəki ticarət əməliyyatlarında dəyişkən aktivlərdən uzaq durmağa çalışırlar.

Qeyd edək ki, “Goldman Sachs” bitkoin ticarəti şöbəsini 2017-ci ildən bəri yaratmağı planlaşdırır. Daha əvvəl kriptovalyuta bazarının müxtəlif sahələrində fəaliyyətini aktivləşdirmək barədə “Bank of New York” bəhs edib. Eyni zamanda “Citigroup” da müştəriləri üçün kriptovalyuta xidmətlərini yaradacağını etiraf edib.

Son xəbərlər
Digər xəbərlər